crossorigin="anonymous">
top of page
Search
Writer's pictureTarot günlüklerim

Tarotda Tərs Kartlar: Doğru ya da Yanlış?

Updated: Oct 15



Tarotda Tərs Kartlar

Salam dostlar,

Bu yazım məlumatlandırmadan çox müzakirə mövzusu olacaq. Mövzumuz, başlıqdan da anlaşıldığı kimi, tarotda tərs kartların şərhi. Bu mövzuda doğru ya da yanlış yoxdur; dolayısı ilə sizə “doğru budur” ya da “səhv budur” deyə bir təklif irəli sürməyəcəyəm. İlk öncə, tarotda tərs kartların şərhi nə deməkdir, ona baxaq.









Tərs və Düz Anlamların Qarşılaşdırılması

Qılınc doqquzluğu

Yuxarıda çox əsas şəkildə qılınc doqquzlusunun tərs və düz olaraq mənalarını verdim. Əlbəttə ki, bu kartın daha dərin mənaları var, lakin mənim sizə göstərmək istədiyim iki vəziyyətin əslində bir-birinin simmetriyası olmasıdır. Mən öz dərslərimdə kartların tərs mənalarından danışmıram, amma əslində 78 kartın demək olar ki, hamısının mənaları bir-birinin tərsi kimi şərh olunur. Buna görə əlavə tədris və ya izah etməyə ehtiyac yoxdur. Bəs hansısı doğru ya da daha doğrudur?

Başda da dediyim kimi, bu mövzuda doğru və ya yanlış yoxdur. Yəni bu, tamamilə sizin seçiminizdir. Sadəcə diqqət etmənizi istədiyim tək şey bu durumu özünüz üçün dəyişməz bir qayda olaraq istifadə etməyinizdir. Ya həmişə kartların düz halını istifadə edərək şərh edin, ya da tərs vəziyyətlərini də nəzərə alaraq şərh edin. Yəni bir açılımda ilk durumu, başqa bir açılımda isə ikinci durumu istifadə etməyin. İndi isə bu iki durumu müqayisə edək.


Tarotda Tərs Kartların Şərhi


İlk tarot dəstənizi sifariş verdiniz və ya bir yerdən aldınız. Təbii ki, ilk olaraq dəstə içərisində olan kitabçığı incələməyə başlayırsınız və bu kitabçıqda kartların tərs və düz mənalarının fərqli olduğunu görüb o şəkildə davam edirsiniz. Bu arada, o kitabçıqdan tarot öyrənməyə çalışmayın, çünki inanılmaz dərəcədə qarışıqdır və bir çoxu düzgün məlumat vermir. Buna baxmayaraq, o kitabçıqda belə kartların tərs mənalarının əslində kartın öz mənasının simmetriyi olduğunu anlayacaqsınız. Bəzi kartlar üçün fərqli məlumatlar yazılır, lakin mənim fikrimcə, bunlar da düzgün məlumatlar deyil. Kitabçığı bir kənara qoysaq, kartların tərs mənaları üçün ayrıca bir çalışma etməyə ehtiyac yoxdur. Bəzi tarot şərhçiləri bu tərs mənaları öz açılımlarına daxil edirlər. Çünki o kartın vermək istədiyi mənanın tərs mənada olduğunu düşünürlər. Heç bir şey təsadüf olmadığı kimi, kartların da təsadüfən tərs gəlməyəcəyi düşüncəsi ilə hərəkət edirlər. Digər bir səbəb isə bu yolla kartlara daha çox məna yüklənməsidir. Mənim istifadə etdiyim bir üsul olmasa da, istəyənlər açılımlarını bu şəkildə edə bilərlər.


Kartları Sadəcə Düz Olaraq Şərh Etmək


Düz şərh üçün çox məlumat verməyə ehtiyac yoxdur. Kartların öz mənalarını öyrənmək kifayət edir. Bu şəkildə açılım edənlərin fikri – buna mən də daxılam – kartların açılım zamanı tərs və ya düz gəlməsinin tamamilə şans olduğudur və açılımda məna fərqi yaratması düzgün deyil. Çox böyük ehtimalla, bir əvvəlki etdiyiniz açılımda kart tərs və ya düz açılmışsa, növbəti açılımda da o vəziyyətdə qalacaqdır. Bununla birlikdə, tərs mənalar tamamilə simmetrik olduğundan, çox böyük mənalar fərqi yaranacaqdır. Bu, səhv olaraq qiymətləndirildiyi üçün kart tərs olsa belə düzəldilib açılıma o şəkildə davam edilir.


Nəticə: Hansı Yöntəm Sizin Üçün Uyğundur?


Nəticə olaraq, yazının əvvəlində də dediyim kimi, bu məsələnin doğrusu və ya yanlışı yoxdur. Tamamilə hansı yolu seçdiyinizə bağlıdır. Buradakı ən vacib şey, sadəcə birini seçməyiniz və dəyişiklik etmədən artıq tamamilə o şəkildə açılım etməyinizdir. Ümid edirəm bu yazı qərar vermənizdə sizə kömək etmişdir. Sevgilərlə...

Commentaires


logo

KARTLARIN SEHİRLİ DÜNYASINA XOŞ GƏLDİNİZ

logo
bottom of page