crossorigin="anonymous">
top of page
Search
Writer's pictureTarot günlüklerim

Azizənin Sirri Açılımı – Gizli Məlumatları Açıqlayan Tarot Açılımı

Updated: Oct 15



Azizənin Sirri Açılımı

Bu blog yazımda sizlərə gizli və bir o qədər də maraqlı olan Azizənin Sirri açılımını izah etməyə çalışacağam. Yazının sonunda isə açılımın YouTube videosunu izləyə bilərsiniz. Ancaq əvvəlcə yazını oxumağınızı tövsiyə edirəm.

Adından da aydın olduğu kimi, Azizənin Sirri açılımı, Böyük Arkana kartlarının iki nömrəli kartı olan Azizə kartından ilham alınaraq hazırlanmış bir açılımdır. Açılıma başlamazdan əvvəl, istəyirsinizsə, Azizə kartını destədən ayırıb fərqli bir yerə qoya bilərsiniz.

AZİZƏNİN SİRRİ AÇILIMI HANSI HALLARDA İSTİFADƏ EDİLİR?

Bu açılım növü adında keçən “Sirr” sözünü tam olaraq doğruldur desək, yanılmarıq. Adətən bir hadisənin arxa planını, səbəbini və ya bilinməyəni öyrənmək üçün edilir. Başqa sözlə, nə olacaq sualına deyil, nə oldu sualına cavab verir. Yaşadığınız hadisə və ya vəziyyət haqqında sizə fərqli bir baxış bucağı təqdim edir. Açılım bitdikdən sonra məsələ ilə bağlı böyük bir fərqindəlik yaşayacaqsınız. Çünki sizə yalnız sirri deyil, eyni zamanda probleminizi tam olaraq başa düşməyə və təyin etməyə kömək edəcək məlumatlar verəcək. Açılımın ən diqqətəlayiq xüsusiyyəti isə bu sirrin açıqlanması zəmanəti verməməsidir. Yazını davam etdirdikcə bu sirrin açıqlanmasının tamamilə Azizəyə aid olduğunu başa düşəcəksiniz.


AZİZƏNİN SİRRİ AÇILIMI NECƏ EDİLİR?


Azizənin Sirri Açılımı Şablonu


Şəkili incələdiyimizdə, açılımın birbaşa Azizə kartı üzərində edildiyini anlaya bilərsiniz. Bu kartı destədən ayırmağımızın səbəbi də məhz budur. Yəni Azizə kartı artıq açılımın özündə mövcuddur. Ancaq bu tamamilə sizin qərarınızdır (mən Azizə kartını destəyə daxil edirəm).

İndi Azizə kartını götürün və kartların yerləşdiyi düzəni bir daha yoxlayın. 1 və 2-ci kartlar Azizənin boyunbağında; 3, 4 və 5-ci kartlar yeni doğan, batan və dolunayın üzərində; 6 və 7-ci kartlar ikililiyi simvolizə edən sütunlarda; 8-ci kart hilalın üzərində və son olaraq 9-cu kart, yəni sirr kartı isə Azizənin əlində tutduğu və yalnız bir hissəsini görə bildiyimiz parşömen üzərində yerləşdirilir. İndi isə hansı kart hansı suala cavab verir, onları nəzərdən keçirək.


1 və 2 Nömrəli Kartlar


Bu kartlar əslində tək bir kart kimi şərh edilməlidir. Mövzu nədir? Nəyin içindəyik? Əslində nəyi maraq edirik? Bu suallara cavab verir. İki kart adətən ziddiyyətli çıxır, amma belə olmasa belə qarşılıqlı təsirdən bəhs edir. Yəni bir kart sizin yaxşı tərəfinizi bəsləyərkən, digər kart mənfi düşüncələrinizi bəsləyir. Burada diqqət etməli olduğunuz şey bu iki kartı ayrı-ayrı dəyərləndirib, sonra onları bir cümlə şəklində şərh etməkdir.

3, 4 və 5 Nömrəli Kartlar


Bu kartlar 5, 3 və 4 sıralaması ilə şərh edilməlidir.

5.Kart: Təsiri artan, sizə yaxınlaşan hadisələrBu kart Azizənin tacında olan yeni doğan ayı simvollaşdırır. Hələ gündəminizdə olmayan, ancaq yaxın zamanda həyatınıza daxil olacaq hadisələrdən bəhs edir. Burada çıxan vəziyyət hər nədirsə, hazır olmalı və bu hadisənin başınıza gələcəyini nəzərə almalısınız.

3.Kart: İçində olduğunuz vəziyyətBu kart isə Azizənin tacında yerləşən dolunayı simvollaşdırır. Hal-hazırda yaşadığınız duyğu və düşüncələri, başınızı məşğul edən sualları əks etdirir. Dolunayın sonsuza qədər göy üzündə qalmadığını bildiyimiz kimi, hal-hazırda yaşadığınız vəziyyətin də keçici olduğunu unutmamalısınız.

4.Kart: Təsiri keçən, artıq gündəmdə olmayan hadisələrBu kart Azizənin tacında batan və təsiri azalan vəziyyətləri simvollaşdırır. Hələ düşüncələrimizə təsir etməyə bilər, amma bizi narahat etməz. Əslində bu karta baxaraq, 5 və 3-cü kartların da keçici vəziyyətlər olduğunu anlaya bilərik.

Bu üç kart çox yaxşı şərh edilməli və aralarındakı əlaqələr yaxşı şəkildə analiz edilməlidir. Bu, açılımın davamı üçün çox önəmlidir. Çünki bu üç kart sayəsində probleminizi daha yaxşı başa düşəcək və nəyin qarşısında durduğunuzu biləcəksiniz.


6 və 7 Nömrəli Kartlar


6.Kart: Anlamadığımız və ya görmək istəmədiyimiz vəziyyətlər

6-cı kart Azizə kartında qara rəngli sütunu təmsil edir və bizim görə bilmədiyimiz və ya görmək istəmədiyimiz, kifayət qədər əhəmiyyət vermədiyimiz hadisə və vəziyyətləri göstərir. Bu karta “üzləşmə kartı” da deyə bilərik. Burada mövcud olan vəziyyəti ya görmürük, ya da görmək bizim işimizə gəlmir. Əgər burada Ədalət, Məhkəmə və ya Aziz kartı çıxsa, özümüzü sorğulamalıyıq.


7.Kart: Fərqində olduğumuz, bilinən hadisələr

7. kart isə Azizə kartında ağ rəngli sütunu təmsil edir və əslində bilinən, hamı tərəfindən müşahidə edilə bilən hadisə və vəziyyətləri göstərir.


8. Kart

8-ci kart əslində bir proses kartıdır. Ümumilikdə bu vəziyyət bizi hara aparacaq və ya hansı ruh halına girməliyik, bunlardan bəhs edir. Hilal simvolunun üzərində olması, bu prosesin daha çox şüuraltı səviyyədə baş verdiyini bizə anlatır.


9. Kart (Sirr Kartı)


Bu kart isə Azizənin əlində tutduğu gizli sirr kitabının üzərində yerləşir və “Niyə?” sualına cavab verir. Amma burada bir Böyük Arkana kartı çıxmazsa, Azizə sirrini paylaşmır deməkdir. Bunu gördükdə şərh etməməli və kartları toplamalısınız. Böyük Arkana kartı çıxarsa, Azizə sirrini sizinlə paylaşmış deməkdir və son olaraq bütün kartları düşünərək bu sirri anlamağa çalışmalısınız. Bu kart açılım boyunca qapalı qalmalı və son olaraq şərh edilməlidir.







Recent Posts

See All

Comments


logo

KARTLARIN SEHİRLİ DÜNYASINA XOŞ GƏLDİNİZ

logo
bottom of page