crossorigin="anonymous">
top of page
Search
Writer's pictureTarot günlüklerim

Tarotda və digər okkult elmlər üçün etik davranış qaydaları

Updated: Oct 17



Tarotda etik qaydalar

Salam dostlar,

Bu yazıda sizlərə əslində çox daha öncədən yazmalı olduğum bir mövzudan danışacağam. Tarotda və digər okkult elmlər üçün etik qaydalar deyə adlandıra bilərəm bunu. Əgər tarota yeni başlamısınızsa, tarot üçün etik qaydalar yazımı mütləq və mütləq sona qədər oxumağınızı tövsiyə edirəm ki, çox müəllimim də məni bu mövzuda dəstəkləyəcəkdir.


Tarot Açılımı Etməməli Olduğunuz Hallar

Əvvəlcə Tarot açılımı etməməli olduğumuz bəzi hallardan danışacağam və düşünürəm ki, bu halların səbəblərini oxuduğunuzda mənimlə razılaşacaqsınız. İlk növbədə Tarot açılımı edəcək şəxsin mütləq stabil bir emosional vəziyyətdə olması lazımdır. Şüuraltı və ruh halımız bizi düşündüyümüzdən çox daha artıq təsir edir. Çox sevindiyimiz və ya çox kədərləndiyimiz hallarda verdiyimiz qərarlar çox vaxt fərqli olur. Əminəm ki, həddindən artıq pozitiv olduğumuz hallarda kartlara baxdığımızda verdiyimiz şərh ilə həddindən artıq neqativ olduğumuz hallarda verdiyimiz şərh bir-birindən fərqli olacaq. Bu isə bir çox halda (pozitiv və ya neqativ fərq etməz) tərəfli və ya fərqli şərhlər verməyimizə səbəb olacaq və Tarotun məqsədindən yayınmış olacağıq. Buna görə emosional vəziyyətimiz stabil olmalıdır ki, qarşımızdakı şəxsə düzgün və ədalətli şərhlər verə bilək və onu doğru şəkildə yönləndirə bilək.


Danışanın Emosional Vəziyyəti

Bu hal yuxarıda izah etməyə çalışdığım vəziyyətdən çox daha vacibdir. Tarot açılımı edəcəyiniz şəxsin emosional vəziyyəti də stabil olmalıdır. Ən sadə şəkildə desək, “TƏCİLİ TAROT BAXTIRMALIYAM” kimi bir ifadə yoxdur. Əgər belə bir mesaj və ya tələb alırsınızsa, həmin şəxsə vəziyyəti izah etməli və ən azından bir-iki gün keçdikdən sonra açılım edə biləcəyinizi deməlisiniz. Çünki belə hallarda əslində həmin şəxs artıq qərarını vermiş olur və sizin söylədiklərinizdən yalnızca öz düşüncəsinə uyğun olan hissələri dinləyəcək və çox böyük ehtimalla istəmədən də olsa bu şəxsi səhv yönləndirmiş olacaqsınız. Zaten öz həyatımızda da bu kimi hallarda müşahidə edə bilərik. Həddindən artıq əsəbi, kədərli, sevincli və s. ruh halında ətrafımızı necə qavradığımız ilə daha sakit ruh halında ətrafı qavramamız və verdiyimiz qərarlar bir-birindən fərqlidir.


Üçüncü Şəxslərə Tarot Açılımı Etmək (Tarotda Etik Qaydalar)

Bu barədə çoxlu suallar alıram və düşünürəm ki, bu vəziyyəti izah etməkdə bir az çətinlik çəkirəm. Bu halın əsasını sizinlə heç bir əlaqəsi olmayan şəxslər üçün etdiyiniz tarot açılımları təşkil edir. Keçmiş sevgiliniz, ailəniz və ya bir şəkildə həyatınıza təsir edəcək şəxslər ilə bağlı açılımlar edirik. Burada problem yoxdur. Lakin bizimlə heç bir şəkildə əlaqəsi olmayan və ya açılım etdiyimiz vəziyyətin bizə heç bir təsiri olmadığı hallarda bundan uzaq durmaq həm etik, həm də əxlaqi olaraq doğru bir davranış olacaqdır. Nəticə etibarilə, bizlər də həyatımızla əlaqəsi olmayan şəxslərin bizim adımıza bu kimi açılımlar etməsi bizi narahat edərdi. Bir misal vermək lazımdırsa, ayrıldığınız şəxsin yeni münasibəti barədə tarotdan kömək istəyirsiniz və açılım edirsiniz. Burada problem olmayacaq, çünki alacağınız cavablar bir nöqtədə həyatınızda dəyişikliklərə səbəb olacaq. Amma durduq yerdə bir iş yoldaşınız adına ondan icazə almadan açılım etməyiniz doğru bir şey olmayacaq. Bu, sadə bir məsələ kimi görünə bilər, lakin əmin olun ki, dəstəniz ilə aranızdakı uyumu belə təsir edəcəkdir. Sonda aşağıda yenə işinizə yarayacaq bəzi yazılarımın linklərini qoyuram. Bu yazıların hamısının bir bütün olduğunu unutmayın. Sevgi ilə..."

Comments


logo

KARTLARIN SEHİRLİ DÜNYASINA XOŞ GƏLDİNİZ

logo
bottom of page