Hamınıza salam,
Bu yazıda sizə tarotun faydalarından danışacağıq və tarotdan ən yaxşı şəkildə necə faydalana biləcəyinizdən bəhs edəcəyəm. Əvvəlcə yetərli təlim almadan özünüzə və ya başqasına açılım etməməyinizi tövsiyə edirəm. Ən azından acemi olduğunuzu qəbul edin və başqasına açılım edirsinizsə, bunu ona mütləq bildirin. Bəzi insanların bu cür hallardan necə təsirləndiyini təsəvvür belə etməzsiniz. Həm öz həyatınıza, həm də başqalarının həyatına pis təsir etməmək və yanlış yönləndirməmək üçün lütfən bu məsələyə diqqət yetirin. Müəyyən bir təlim almadan bu işi etmək sadəcə fal olar və bir çox yazılarımda və təlimlərimdə tarotun fal olmadığını dəfələrlə izah etmişəm. İstəsəniz, buraya tıklayaraq “Tarot Niyə Fal Deyildir” yazımı oxuya bilərsiniz.
Tarotun Faydalarından Necə İstifadə Edə bilərik?(tarotdan faydalanmaq)
Bəs, təlimimizi aldıq, kartlarımızla uyğunlaşdıq və ya başqasından tarot məsləhəti aldıq. Bunu ən yaxşı şəkildə necə dəyərləndirə bilərik? Əvvəlcə bunu qeyd etməliyəm ki, əslində tarot sizin gələcəyinizlə maraqlanmaz. Bu mövzuda sizə yalnız bələdçilik edir ki, məncə bu çox daha vacib bir şeydir. Tarot sizə həmişə ehtimal olunan gələcək ssenariləri təqdim edir, lakin əsas məqsədi bu gələcək baş verdikdə nə etməli olduğunuzu və ya bu vəziyyəti öz xeyrinizə necə dəyişdirəcəyinizi, yaxud bu hadisə ilə qarşılaşmamaq üçün nə etməli olduğunuz haqqında məsləhətlər verməkdir. Gələcək hər kəs üçün böyük maraq mövzusudur. Başqa bir sözlə desək, hər kəs gələcəkdə nələr yaşayacağını, partnyorunun ona qayıdıb-qayıtmayacağını, o işə qəbul edilib-edilməyəcəyini maraq edir. Lakin mənim fikrimcə, bütün bunlar həyatımızda yaşanacaq həyəcanlar olaraq qalmalıdır və buna qarşı isə bu həyəcanlara hazırlıqlı olmalıyıq. Məhz bu nöqtədə tarotdan çox gözəl şəkildə faydalana bilərik. Özümüzü tanıyıb nə istədiyimizi bilsək və qərarlarımızı ona görə versək, yaşayacağımız hər hadisədən maksimum fayda əldə edə bilərik. Bu qədim kehanət vasitəsi sizin şüuraltınızı təsvir edərək nə etməli olduğunuzu, sizin də razılığınızı alaraq sizə bildirəcəkdir. Buna uyğun olaraq suallarımızı bu şəkildə soruşmaq çox daha faydalı olacaq:
Partnyorum mənə qayıdarsa, nə etməliyəm?
O işə qəbul edilmək üçün nə etməliyəm?
Bu hadisənin mahiyyəti nədir və mən bu vəziyyətdən necə qurtula bilərəm?
Bu şəkildə daha məntiqli və möhkəm təməl üzərində bir həyat qura bilərik. Tarotdan faydalanmaq bizə gələcək hadisələrə daha hazırlıqlı olmağımıza kömək edəcək. Qoy gələcək bilinməz olaraq qalsın, amma siz hər zaman sizi gözləyən yaxşı və ya pis hadisələrə hazırlıqlı olun, özünüzü dərk edin və qərarlarınızı bu fərqindəliyə görə verin.
Sevgilərlə
Comentarios