crossorigin="anonymous">
top of page
Search
Writer's pictureTarot günlüklerim

Uğurlu Tarot Açılımı Necə Edilməlidir?

Updated: Oct 19



Tarot Açılımı Necə Edilir?

Salam əziz oxucular,

Bu yazıda sizə uğurlu və düzgün bir tarot açılımı necə edilməlidir, ondan bəhs edəcəyəm. Əvvəlcə, bu mövzuda bir mütəxəssis olmadığımı, əslində hər tarot yorumçusunun özünəməxsus bir üslubu olduğunu demək istəyirəm. Mən sadəcə diqqət yetirməli olduğunuz və işinizə yarayacaq bir şablon paylaşacağam. Sizlər istəsəniz bu şablonu birbaşa istifadə edə və ya öz açılım metodunuzu inkişaf etdirə bilərsiniz.


Hansı Açılım Növünü İstifadə Etməliyəm?

Ümumiyyətlə, tarot yorumçuları bir neçə fərqli açılım növünü hər sual üçün istifadə edir. Yəni hər bir sual üçün ayrıca bir açılım yoxdur. Burada diqqət yetirməli olduğunuz şey sualdır. Əgər cavabı dəqiq və ya spesifik bir sual varsa, 3 kart açılımı kifayət edəcəkdir. Çünki adətən müraciət edən şəxslər bu tip suallardan çox soruşacaq və sürətli bir şəkildə, qarışıqlıq yaratmadan az kartla açılım etmək daha məntiqli olacaqdır. Nümunə suallar isə:

  • Partnyorumun mənə qarşı münasibəti nədir?

  • İş yerimdəki vəziyyət üçün nə bilməliyəm?

  • Bu gün almam lazım olan mesaj nədir?

  • Gözlədiyim pul gələcəkmi?

Bu nümunələri artırmaq mümkündür. Diqqət etsəniz, bu sualların cavabları dəqiqdir və çox mürəkkəb bağlamalardan ibarət deyillər. Lakin sual deyil də mövzu əsaslı bir açılım etməniz lazımdırsa, daha mürəkkəb açılımlar istifadə etməli olacaqsınız. Çünki burada sadəcə cavab deyil, mövzunun məzmunu, səbəbləri, edilməli və edilməməli olanlar kimi detallara ehtiyacımız olacaq. Məsələn:

  • Duygusal həyatımla bağlı nə bilməliyəm?

  • Münasibətimiz niyə bitdi?

  • İşim niyə sonlandırıldı?

  • Hansı qərarı verməliyəm?

  • Bu hadisədən almam lazım olan dərs nədir?

Bu suallar üçün Kelt açılımı, 7 kart açılımı, Azizə'nin sirləri kimi açılımlar istifadə etmək daha doğru qərar olacaqdır.


Açılıma Necə Başlamaq və Yorumlamalısınız?

Edəcəyiniz açılıma qərar verdikdən və kartları qarışdırdıqdan sonra lazımlı kart sayısını müraciət edən şəxsə seçdirin. Əgər mümkünsə, özünün seçməsi yaxşı olar və narahat olmayın, 1-2 saniyə kartlarınıza toxunması kartların enerjisini pozmaz. Daha sonra kartların hamısını açılıma uyğun şəkildə önünüzə düzün. Lütfən, bu mərhələdə kartları tək-tək şərh etməyin. Əvvəlcə kartlara ümumi olaraq baxın. Hər seriyadan neçə kart çıxıb? Ard-arda gələn rəqəmlər varmı? Böyük Arkan, Kiçik Arkan və Saraylı kartların paylanması necədir? Bir bütün olaraq açılıma baxdıqda nə deməyə çalışır? Daha sonra tək-tək şərh etməyə keçin və mərkəz kartın bağlantısını unutmayın. Açılımlarda hər xana bir sualın cavabını verir. Lütfən bunu öz istədiyiniz kimi dəyişməyin, çünki o xanadakı kart o suala cavab verir. Əgər ehtiyac duyarsınızsa, eyni xana üçün bir kart daha seçə bilərsiniz. Bütün kart şərhləri bitdikdən sonra açılımı ümumi şəkildə yekunlaşdıraraq bir son şərh edin və artıq açılımı bağlaya bilərsiniz. Bu nöqtədə hər zaman müsbət olmağa çalışın, lakin gördüyünüz həqiqətləri də müraciət edən şəxsdən gizlətməyin. Edəcəyiniz şərhlərlə gerçəyi görməsini təmin edin və heç bir şəkildə qərarlarını dəyişdirməyə çalışmayın. Unutmayın, tarot ehtimallar üzərində işləyir. Bu ehtimalları reallığa çevirəcək şəxs siz yox, müraciətçinin verəcəyi qərarlardır.

Sevgilərlə,

Comments


logo

KARTLARIN SEHİRLİ DÜNYASINA XOŞ GƏLDİNİZ

logo
bottom of page